Türkiyənin üç şəhərində 86 tələbə xəstəxanalıq oldu
Türkiyənin üç şəhərində baş verən ayrı-ayrı hadisələrdə ümumilikdə 86 tələbə zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Crossmedia.az xəbər verir ki, Türkiyə mətbuatı bu barədə məlumat yayıb.
Burdur şəhərində Kredit və Yataqxanalar Təşkilatının (KYK) yataqxanasında qalan 52 tələbə özünü pis hiss edib.
Kırklareli vilayətinin Lüleburqaz rayonunda isə təxminən 20 tələbə toyuq dönər yedikdən sonra xəstəxanaya aparılıb.
Edirne vilayətinin Uzunköprü rayonunda daha 14 tələbə qazdan təsirlənib.
Hadisələrin səbəbləri ilə bağlı əlavə məlumat verilməyib.
18:21 09.10.2026
Oxunuş sayı: 38