Rubiodan Ukrayna ilə bağlı AÇIQLAMA: NATO üzvlüyü gündəmdə deyil
ABŞ dövlət katibi Marko Rubio Ukraynanın NATO-ya üzvlüyü məsələsinin hazırda müzakirə mövzusu olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, Marko Rubio bunu Reykyavikdə İslandiyanın xarici işlər naziri Torgerdür Katrin Qunnarşdottirlə birgə keçirdiyi mətbuat konfransında deyib.
Rubionun sözlərinə görə, hazırda ABŞ Ukrayna məsələsində əsas diqqətini mümkün olduğu təqdirdə münaqişəyə son qoymağa yönəldib.
O, Ukraynanın NATO üzvlüyü ilə bağlı məsələnin hazırda gündəmdə olmadığını vurğulayıb.
16:04 06.10.2026
Oxunuş sayı: 56