Dövlət Dumasından səfərbərlik açıqlama gəldi
Rusiyada yeni səfərbərliyin elan edilməsi üçün heç bir əsas olmadığı bildirilib.
Crossmedia.az xəbər verir ki, “RTVI” bu barədə məlumat yayıb.
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Andrey Krasov bildirib ki, hazırda Silahlı Qüvvələrin bütün ehtiyacları müqaviləli hərbçilərin cəlb edilməsi hesabına qarşılanır.
“Hazırda səfərbərlik üçün heç bir əsas yoxdur. Müqavilə əsasında hərbçilərin qəbulu fəal şəkildə davam edir və Rusiya Silahlı Qüvvələrinin bütün ehtiyacları ödənilir”, - deyə Krasov bildirib.
Deputat xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin də daha əvvəl səfərbərlik üçün şəraitin olmadığını açıqlayıb. Putinin sözlərinə görə, Rusiyada səfərbərliklə bağlı yayılan şayiələr qarşı tərəfin maraqlarına xidmət edir.
Krasov əlavə edib ki, bu cür məlumatlar “kollektiv Qərbin” də maraqlarına uyğundur. Onun sözlərinə görə, Qərb Rusiyanın iqtisadiyyatını zəiflətmək və döyüş meydanında hərbi məğlubiyyətə uğratmaq istəyir.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də daha əvvəl ölkədə səfərbərliyə ehtiyac olmadığını bildirmişdi. O, cəbhədəki vəziyyət fonunda Kiyevin Rusiyada guya yeni çağırışın planlaşdırılması mövzusunu informasiya gündəminə gətirməkdən başqa seçiminin qalmadığını iddia edib.
23:28 28.09.2026
Oxunuş sayı: 49