ABŞ və Çin 30 milyard dollarlıq tarif razılaşmasına getdi
ABŞ və Çin hər iki tərəfdən təxminən 30 milyard dollar dəyərində həssas olmayan məhsullara daha əlverişli gömrük tariflərinin tətbiqini nəzərdə tutan “30-a 30” çərçivəsi üzrə razılaşıb.
Crossmedia.az xəbər verir ki, ABŞ Ticarət Nümayəndəliyi bu barədə məlumat yayıb.
Razılaşmaya əsasən, ABŞ-nin Çindən idxal edəcəyi məhsullar arasında məişət texnikası, Çinin ABŞ-dən idxal edəcəyi məhsullar arasında isə kənd təsərrüfatı məhsulları, ərzaq və tibbi avadanlıqlar üstünlük təşkil edəcək.
Tarif endirimlərinin hər iki ölkənin daxili hüquqi prosedurlarından sonra qüvvəyə minəcəyi bildirilib.
22:46 28.09.2026
Oxunuş sayı: 52