Starship ilk orbital uçuşdan sonra partladı
SpaceX şirkətinin Starship kosmik gəmisi ilk orbital uçuşunu başa vurduqdan sonra okeana eniş zamanı partlayıb.
Crossmedia.az xəbər verir ki, Lenta.ru bu barədə məlumat yayıb.
Məlumata görə, kosmik aparat uğurla şaquli vəziyyətə keçib və okeana enməyə başlayıb. Lakin mühərriklər suyun dərinliyində qaldıqdan sonra güclü partlayış baş verib.
Partlayış nəticəsində okeanın üzərində alov topası yaranıb və Starship-in hissələri havaya səpələnib. Hadisə SpaceX tərəfindən X sosial şəbəkəsində canlı yayımlanıb.
Bundan əvvəl SpaceX şirkətinin Falcon raket ailəsinin 700-cü raketini kosmosa göndərdiyi bildirilmişdi.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl ölkəsinin kosmik potensialının iqtisadiyyat, təhlükəsizlik və dövlət suverenliyinə daha fəal xidmət etdiyini vurğulayıb.
22:25 28.09.2026
Oxunuş sayı: 43