Mustafa Karaman Azərbaycanın "LANDAU Lions" komandasının məşqçisi təyin olunub
Azərbaycanın "LANDAU Lions" basketbol komandasının məşqçilər korpusuna daha bir mütəxəssis qatılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Fiziki hazırlıq üzrə məşqçi Mustafa Karaman bundan sonra "şirlər"in uğurları üçün çalışacaq.
Gənc mütəxəssis karyerası ərzində Türkiyə Qadınlar Super Liqasında "Çankaya Universiteti" komandasında 4 il, ötən mövsüm isə Azərbaycan Basketbol Liqasında "Ordu" klubunda fəaliyyət göstərib.
Mustafa Karaman Azərbaycan milli basketbol komandasının fiziki hazırlıq üzrə məşqçisi kimi də çalışır.
17:33 24.09.2026
Oxunuş sayı: 31