Azərbaycan komandası qalib gəldi
Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər.
Crossmedia.az xəbər verir ki, kişilərdən ibarət komanda VII turda Yunanıstanı 3,5:0,5 hesabı ilə məğlub edib.
Qadınlar isə Ermənistandan olan rəqiblərinə uduzub - 1,5:2,5.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.
19:44 23.09.2026
Oxunuş sayı: 51