"Yuventus”un qapıçısı ağır zədələnib
“Yuventus”un qapıçısı Kamil Qrabara məşq zamanı sağ dizinin ön çarpaz bağını cırıb.
Crossmedia.az xəbər verir ki, “Çempionat” klubun mətbuat xidmətinə istinadən bu barədə məlumat yayıb.
Zədə sentyabrın 19-da, şənbə günü baş verib. Polşalı futbolçu həmin gün axşam klubun J|Medical tibb mərkəzində müayinədən keçib.
Qrabaranın yaxın günlərdə əlavə konsultasiyadan keçəcəyi və müalicə kursunun müəyyənləşdiriləcəyi bildirilir.
Zədənin xarakterinə görə qapıçının uzun müddət yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Onun futbola qayıdacağı dəqiq tarix hələ açıqlanmayıb.
12:49 20.09.2026
Oxunuş sayı: 45