Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilib.
Crossmedia.az xəbər verir ki, əməli törətməkdə şübhəli bilinən 61 yaşlı qadın polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi təmin edilib.
17:55 19.09.2026
Oxunuş sayı: 45