Azərbaycan əhəng istehsalını avqustda 2 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,8 min ton əhəng istehsal edilib.
Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79 % çoxdur.
Təkcə avqustda isə ölkədə 4,8 min ton əhəng istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2 dəfə çoxdur.
Bu il sentyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında 8,8 min ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 21,6 min ton əhəng istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 47 % azdır.
12:59 19.09.2026
Oxunuş sayı: 74