Ramafoza: Putin Ukrayna münaqişəsinin həllində maraqlıdır
Cənubi Afrika Prezidenti Siril Ramafoza Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı onun Ukrayna münaqişəsinin həllinə nail olmaq istəyindən təsirləndiyini bildirib.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə məlumat yayıb.
Ramafozanın sözlərinə görə, Putin Ukraynadakı vəziyyətin nizamlanmasına və sülhə nail olunmasına yönəlmiş müxtəlif proseslər barədə məlumat verib.
Cənubi Afrika lideri ölkəsinin bir sıra digər Afrika dövlətləri ilə birlikdə Rusiya və Ukraynaya sülh missiyasında iştirak etdiyini də xatırladıb.
Ramafoza münaqişənin sülh yolu ilə həlli üçün danışıqların aparılmasının vacib olduğunu vurğulayıb.
17:26 13.09.2026
Oxunuş sayı: 46