Serbiya VTB BİRLİK LİQASINA qoşulmaq istəyir
Serbiyanın basketbol klublarının gələcəkdə VTB Vahid Liqasında iştirak etməsi müzakirə olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Serbiya Basketbol Federasiyasının vitse-prezidenti Filip Sunturliç bildirib ki, ölkə klublarının əvvəlcə mövsümöncəsi turnirlərdə, o cümlədən Superkubokda iştirak imkanları araşdırılacaq. Onun sözlərinə görə, gələcəkdə Serbiya klublarının VTB Vahid Liqasına qoşulması da nəzərdən keçirilə bilər.
Sunturliç bildirib ki, Serbiyanın ən güclü klublarının turnirdə iştirakı arzuolunan olsa da, "Partizan" və "Srvena Zvezda"nın mövsüm ərzində bütün turnirlərdə təxminən 80 oyun keçirməsi buna imkan vermir.
Hazırda VTB Vahid Liqasında 11 klub mübarizə aparır. Turnirdə ilkin olaraq 12 komandanın iştirakı planlaşdırılırdı. Lakin avqustun ortalarında "Astana" maliyyələşmənin optimallaşdırılması səbəbindən yarışdan çəkilib.
Qeyd edək ki, ötən mövsüm VTB Vahid Liqasının ən yaxşı gənc basketbolçusu seçilən Vsevolod İşenko 2026-cı ildə NBA draftında "Los-Anceles Leykers" tərəfindən seçilib. Daha sonra basketbolçu "Dallas Maveriks"ə dəyişdirilib.
12:20 12.09.2026
Oxunuş sayı: 60