Klubun əfsanəvi futbolçusuna abidə ucaldılacaq
“Spartak” klubunun əfsanəsi Nikita Simonyanın şərəfinə klubun “Lukoyl Arena” stadionunun yaxınlığında heykəl ucaldılacaq.
Crossmedia.az xəbər verir ki, TASS bu barədə məlumat yayıb.
Heykəl stadionun A tribunası yaxınlığında yerləşdiriləcək. Hazırda həmin tribuna Nikita Pavloviç Simonyanın adını daşıyır. Monumentin açılışının oktyabrın 18-də keçirilməsi planlaşdırılır.
Rusiya Futbol Veteranları İttifaqının prezidenti və “Spartak”ın veteranlar komitəsinin üzvü Aleksandr Mirzoyanın sözlərinə görə, böyük ölçülü heykəlin hazırlanmasına “Spartak” klubu rəhbərlik edir və veteranlar təşkilatı da bu prosesdə iştirak edir.
Nikita Simonyanın oktyabrın 12-də 100 yaşı tamam olacaqdı. O, 1956-cı il Olimpiya çempionu, SSRİ-nin dördqat çempionu və ikiqat Kubok qalibi olub. Simonyan həmçinin “Spartak” tarixinin ən məhsuldar futbolçusu və Rusiya Futbol İttifaqının fəxri prezidenti kimi tanınıb.
Onun 100 illik yubileyi ilə bağlı 1956-cı il Olimpiadasının qaliblərinə həsr olunmuş veteranlar turnirinin keçirilməsi və Simonyanın adına mükafat təsis edilməsi də planlaşdırılır.
Nikita Simonyan 2025-ci il noyabrın 23-də 99 yaşında vəfat edib. O, ölümündən bir neçə gün əvvəl ayağını sındırmışdı.
11:05 12.09.2026
Oxunuş sayı: 49