Trampdan Ümumdünya Ticarət Mərkəzi ilə bağlı TARİXİ ETİRAF
ABŞ Prezidenti Donald Tramp 11 sentyabr 2001-ci il terror hücumlarından sonra Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinin əvvəlki formasına yaxın şəkildə, lakin daha hündür tikilməsini təklif etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə 11 sentyabr terror hücumlarının 25-ci ildönümü ilə bağlı çıxışında danışıb.
Trampın sözlərinə görə, o, Dünya Ticarət Mərkəzinin əvvəlki iki qülləsinin eyni formada yenidən inşa edilməsini, lakin binaların daha 10 mərtəbə hündür olmasını təklif edib.
O bildirib ki, sonradan fərqli layihənin seçilməsinə etiraz etməyib və nəticənin qənaətbəxş olduğunu qeyd edib.
Qeyd edək ki, Tramp 2005-ci ildə də Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinin daha hündür və möhkəm şəkildə yenidən inşa edilməsini müdafiə etmişdi. Həmin dövrdə o, yeni qüllələrin əvvəlkilərdən daha hündür olmasını nəzərdə tutan layihəyə dəstək verirdi.
09:54 12.09.2026
Oxunuş sayı: 55