Naxçıvanda vergi daxilolmaları 7 %-dən çox artıb
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 172,3 milyon manat vergi daxil olub.
Crossmedia.az xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 7,2 % çoxdur.
Ötən 8 ayda muxtar respublikada qeyri-dövlət sektorundan daxilolmalar 125,7 milyon manat təşkil edib. İllik müqayisədə bu sektordan vergi daxilolmaları 13,8 % çox olub.
Hesabat dövründə Naxçıvanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 5,8 % artaraq 3,2 milyon manat olub.
11:26 09.09.2026
Oxunuş sayı: 50