Seçkilərdən sonra azlıqlar üçün təhlükə siqnalı
Almaniyadakı Türk İcması Alternativ für Deutschland (AfD) partiyasının Saksoniya-Anhalt seçkilərində uğurundan sonra azlıqların müdafiəsinin gücləndirilməsini tələb edib.
Crossmedia.az xəbər verir ki, Almaniyadakı Türk İcması bu barədə açıqlama yayıb.
Təşkilat AfD-nin seçkidəki nəticəsini miqrantlar, yəhudilər, müsəlmanlar və LGBT icması üçün “narahatedici siqnal” adlandırıb.
Türk İcması azlıqlara dəstək proqramlarının genişləndirilməsinə və onların müdafiəsi üçün əlavə tədbirlərin görülməsinə çağırıb.
16:56 07.09.2026
Oxunuş sayı: 60