Dünya Qadın Seriyası: "Neftçi SOCAR" yarımfinala yüksəlib
3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının mövsüm finalında yarımfinala vəsiqə qazanıb.
Crossmedia.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın 1/4 final mərhələsində Monqolustanın "Ulan-Bator Amazons" kollektivi ilə üz-üzə gəlib.
Rəqibini 21:18 hesabı ilə üstələyən "ağ-qaralar" yarımfinala yüksəlib.
Xatırladaq ki, "Neftçi SOCAR" ötən gün A qrupunda Fransa seçməsini 17:15, Almaniyanı 16:11 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub - 12:22.
13:49 06.09.2026
Oxunuş sayı: 37