Yaponiya Rusiyadan abidəni sökməyi tələb edib
Yaponiya hökuməti Rusiyanın Xabarovsk şəhərində yeni ucaldılmış abidənin sökülməsini tələb edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Yaponiyanın Baş naziri Sanae Takaichi abidədə sovet əsgərinin üzərində xrizantema emblemi olan sərhəd dirəyini dağıtdığını əks etdirən kompozisiyanın yer almasına etiraz edib. O bildirib ki, xrizantema emblemi Yaponiyanın simvollarından biri kimi geniş tanınır və onun dağıdılmasını əks etdirən abidənin quraşdırılması qəbuledilməzdir.
Tokio Rusiya tərəfdən abidənin sökülməsini tələb edib və bu istiqamətdə tələblərini davam etdirəcəyini açıqlayıb.
21:30 05.09.2026
Oxunuş sayı: 56