Yəməndə döyüşlər minlərlə insanı evindən etdi
Yəmənin cənub-qərbində yerləşən Taiz əyalətində hökumət qüvvələri ilə “Ənsarullah” hərəkatı (husilər) arasında döyüşlərin şiddətlənməsi nəticəsində iki gün ərzində 1 790 ailə evlərini tərk etmək məcburiyyətində qalıb.
Crossmedia.az xəbər verir ki, BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi (OCHA) bu barədə məlumat yayıb.
BMT-nin məlumatına görə, Taizdə hərbi əməliyyatların intensivləşməsi yerli əhalinin məcburi köçünə səbəb olub.
15:19 05.09.2026
Oxunuş sayı: 50