Uruqvayda quş qripi həyəcanı: Səhiyyə sahəsində fövqəladə vəziyyət
Uruqvayda ev təsərrüfatlarında saxlanılan quşlarda yüksək patogen H5 quş qripinin aşkarlanmasından sonra ölkə üzrə səhiyyə sahəsində fövqəladə vəziyyət elan edilib.
Crossmedia.az xəbər verir ki, Uruqvay hakimiyyəti bu barədə məlumat yayıb.
Yüksək patogenli H5 quş qripi quşçuluq təsərrüfatları üçün ciddi risk hesab olunur. Fövqəladə vəziyyətin elan edilməsi virusun yayılmasının qarşısının alınması məqsədi daşıyır.
11:21 05.09.2026
Oxunuş sayı: 52