"Zirə" braziliyalı futbolçunu heyətinə qatdı
“Zirə” yeni futbolçu ilə anlaşıb.
Crossmedia.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Paytaxt təmsilçisi Portuqaliyanın “Şaveş” klubundan braziliyalı yarımmüdafiəçi Talisson Moreyra Reysi heyətinə qatıb.
“Ktatau” ləqəbli 25 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanıb.
21:41 03.09.2026
Oxunuş sayı: 39