Husilər Yəməndə genişmiqyaslı hücuma başlayıb
Yəməndə husilər Qırmızı dənizin cənubundakı və Bab əl-Məndəb boğazına yaxın yeni ərazilərə doğru irəliləmək məqsədilə qərb sahili boyunca genişmiqyaslı hücuma keçib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bölgədə husilərlə Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinə bağlı qüvvələr arasında şiddətli döyüşlər başlayıb.
Məlumata görə, husilər ölkənin cənub-qərbində yerləşən Taiz vilayəti istiqamətində 14-dən çox ballistik raket və çoxsaylı pilotsuz uçuş aparatı buraxıb.
18:35 03.09.2026
Oxunuş sayı: 44