Odessaya gecə hücumunda 17 nəfər yaralanıb
Odessaya gecə saatlarında endirilən zərbə nəticəsində 17 nəfər, o cümlədən üç uşaq yaralanıb.
Crossmedia.az xəbər verir ki, Odessanın şəhər hərbi administrasiyasının rəhbəri Sergey Lısak bu barədə məlumat yayıb.
Hücum nəticəsində 21 mərtəbəli yaşayış binasının 10-cu mərtəbəsindən 17-ci mərtəbəsinədək olan mənzillərə ziyan dəyib. Yaxınlıqda park edilmiş avtomobillər də zərər görüb.
Hazırda hadisə yerində kommunal və digər aidiyyəti xidmətlər çalışır. Dağıntıların miqyası müəyyənləşdirilir və hücumun nəticələrinin aradan qaldırılması davam etdirilir. Sakinlərə yardım göstərilməsi üçün operativ qərargahlar da yaradılıb.
09:26 03.09.2026
Oxunuş sayı: 47