İrandan Hörmüzlə bağlı sərt mesaj
İran Hörmüz boğazına nəzarətdən əl çəkməyəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf boğazdan keçən gəmilərin sayının kəskin azalmasının Tehranın bölgədəki nəzarətini göstərdiyini bildirib.
Qalibafın sözlərinə görə, əvvəllər Hörmüz boğazından sutkada ən azı 120 gəmi keçirdi. Hazırda isə bəzi gecələr bu rəqəm cəmi 2-3 gəmi təşkil edir.
O bildirib ki, İran bu rıçaqdan imtina etmək niyyətində deyil.
15:55 02.09.2026
Oxunuş sayı: 40