İrəvanda “Qarabağ parlamenti” yenidən spiker seçir
Ermənistanda özünü “Artsax Milli Assambleyası” adlandıran struktur fəaliyyətini davam etdirir və yeni “spiker” seçkisini müzakirə edir.
Crossmedia.az xəbər verir ki, “Caliber.az” bu barədə məlumat yayıb.
Ermənistanın Qarabağ məsələsi ilə bağlı rəsmi mövqeyinə və Azərbaycanın ərazi bütövlüyünü tanımasına baxmayaraq, separatçı rejimin keçmiş strukturlarından biri olan bu qurum fəaliyyətini Ermənistan ərazisində davam etdirir.
Strukturun “sədr səlahiyyətlərini icra edən” Qagik Baqunts “Yerablur”da jurnalistlərə açıqlamasında “Qarabağ parlamentinin spikeri” seçkisi məsələsinin yalnız müvəqqəti olaraq dayandırıldığını bildirib.
Məlumata görə, separatçı qurumun fəaliyyətinə faktiki olaraq son qoyulmasından təxminən üç il keçməsinə baxmayaraq, onun keçmiş strukturları Ermənistan ərazisində fəaliyyət göstərməkdə davam edir. Həmin şəxslər daxili “seçkilər” keçirməyi də planlaşdırırlar.
Bu vəziyyət Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıması ilə bağlı rəsmi bəyanatları fonunda diqqət çəkir. Belə fəaliyyətin İrəvanın rəsmi mövqeyi ilə nə dərəcədə uyğunlaşdığı sual doğurur.
15:06 02.09.2026
Oxunuş sayı: 45