Tramp İran müharibəsi ilə bağlı xəbərdarlıqları rədd edib
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin Vaşinqtonun digər təhdidlərə, o cümlədən daxili risklərə cavab vermək imkanlarını zəiflədəcəyi fikrini rədd edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, bir neçə rəsmi şəxs Pentaqonun rəhbəri Pit Heqsetə İranla müharibənin ABŞ-nin ölkə daxilində və dünyanın digər bölgələrində yaranan təhdidlərlə mübarizə imkanına təsir etdiyini bildirib.
Tramp isə ABŞ-nin dünyanın müxtəlif bölgələrində kifayət qədər sursat ehtiyatına malik olduğunu və lazım gəldiyi halda onlardan istifadə edə biləcəyini deyib.
22:18 01.09.2026
Oxunuş sayı: 54