Tehran üç ölkənin müdafiə paktına münasibət bildirib
İran Xarici İşlər Nazirliyi Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan müdafiə paktının Tehran üçün təhdid olmadığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirliyin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında üç ölkə arasındakı razılaşmanın İrana qarşı yönəlmiş addım kimi qiymətləndirilməsi üçün heç bir əsas görmədiklərini deyib.
Bəqayinin sözlərinə görə, regiondakı müsəlman ölkələri təhlükəsizlik məsələsində ABŞ-nin vədlərinə etibar edə bilməyəcəkləri qənaətinə gəlib. O, İranın bu mövzu ilə bağlı Türkiyə ilə məsləhətləşmələri davam etdirəcəyini də vurğulayıb.
22:28 01.09.2026
Oxunuş sayı: 42