ABŞ Konqresindən Rusiyaya yeni sanksiya həmləsi
ABŞ Konqresinin bir qrup üzvü Rusiya mənşəli dizel yanacağının tədarükünə tətbiq edilən sanksiya istisnalarının ləğv olunmasını nəzərdə tutan qanun layihəsi hazırlayıb.
Crossmedia.az xəbər verir ki, təşəbbüs ABŞ Maliyyə Nazirliyinin Rusiya dizelinin tədarükünü 2027-ci il aprelin 7-dək sanksiyalardan müvəqqəti azad edən lisenziyasının ləğvini nəzərdə tutur.
Qanun layihəsinə əsasən, növbəti üç il ərzində Rusiyanın enerji daşıyıcıları ilə bağlı yeni sanksiya güzəştlərinin tətbiqi də qadağan edilə bilər.
Sənəddə, həmçinin ABŞ Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyasının (DFC) Rusiyanın enerji resursları ilə əlaqəli razılaşmalarda iştirakına məhdudiyyət qoyulması və mövcud sanksiyaların sərtləşdirilməsi təklif olunur.
Məlumata görə, təşəbbüs 18 konqresmendən ibarət qrup tərəfindən hazırlanıb. Daha 17 qanunverici, o cümlədən 16 demokrat və bir respublikaçı layihəyə dəstək verib.
Qeyd edək ki, təşəbbüs hələ qanun qüvvəsinə minməyib və qüvvədə olan sanksiya istisnalarının ləğvi üçün müvafiq qanunvericilik prosedurlarından keçməlidir.
13:50 17.10.2026
Oxunuş sayı: 50