CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Rusiya dizeli

11:24 10.10.2026

ABŞ Rusiyadan milyonlarla ton dizel alacaq – Zelenskidən sərt reaksiya

80

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiyadan ABŞ-a dizel yanacağının idxalı ilə bağlı açıqladığı razılaşmanı kəskin tənqid edib. Crossmedia.az xəbər verir ki, Zelenski bu addımı Rusiya Prezidenti Vladimir Putinə “hədiyyə” adlandıraraq, bunun dayandırılmalı olan müharibəyə “investisiya” olduğunu bildirib. Trampın sözlərinə görə, Putin dərhal ABŞ və dünya bazarına 300 min ton dizel buraxılmasına razılıq verib. Noyabrda daha 500 min ton, daha sonra isə 1 milyon ton dizelin tədarükü nəzərdə tutulur. Tramp əlavə olaraq daha 3 milyon ton dizelin qısa müddətdə bazara çıxarıla biləcəyini bildirib. Bunun Rusiyadakı neft emalı zavodlarının vəziyyətindən asılı olacağı qeyd edilib. Məlumata görə, ABŞ Maliyyə Nazirliyi razılaşma çərçivəsində Rusiyadan dizel ixracına tətbiq olunan sanksiyaların dayandırılmasına dair müvəqqəti icazə verib. Bu güzəştin aprelin 7-dək qüvvədə qalacağı bildirilir. Rusiyanın ABŞ-dakı digər aktivləri isə dondurulmuş vəziyyətdə qalır. Putin də ABŞ və dünya bazarlarını neft və neft məhsulları ilə təmin etməyə hazır olduqlarını bildirib. Lakin onun açıqlamasında konkret tədarük həcmləri göstərilməyib. Zelenski isə Rusiyanın dizel satışından əldə edəcəyi gəlirlərin Ukraynaya qarşı “daha çox terrorla” geri qayıdacağını iddia edib. Bununla yanaşı, analitiklər Rusiyanın açıqlanan həcmdə dizel tədarük etmək imkanlarını və bunun ABŞ-da yanacaq qiymətlərinə real təsirini şübhə altına alıblar. “Quilter Cheviot” investisiya strateqi Tim Armitage bildirib ki, ilk 300 min tonluq tədarük ABŞ-ın gündəlik dizel istehlakı ilə müqayisədə nisbətən kiçik həcmdir və yanacaqdoldurma məntəqələrində qiymətlərə ciddi təsir göstərməyə bilər. ABŞ-da dizelin orta qiyməti hazırda bir qallon üçün 6,28 dollar təşkil edir. Bu göstərici sentyabrın sonunda qeydə alınmış 6,53 dollarlıq rekord qiymətdən aşağıdır. Rusiya isə bu il Ukraynanın neft emalı zavodlarına PUA hücumları fonunda yanacaq çatışmazlığı ilə üzləşib. Beynəlxalq Enerji Agentliyinin qiymətləndirməsinə əsasən, ölkədə dizel istehsalı təxminən 30% azalıb. Zelenski Rusiyanın enerji obyektlərinə qarşı hücumları Ukraynanın enerji infrastrukturuna uzunmüddətli zərbələrə cavab kimi qiymətləndirib. Razılaşma ABŞ-da və Avropada da müzakirələrə səbəb olub. Xüsusilə Ukraynanı dəstəkləyən siyasətçilər və ABŞ-ın avropalı müttəfiqləri Rusiyaya enerji satışından gəlir əldə etmək imkanının Moskvanın müharibə imkanlarını gücləndirə biləcəyini bildirirlər.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR