Ronaldo yeni biznesə sərmayə qoyur
Portuqaliyalı hücumçu Kriştiano Ronaldo mineral su istehsalına 10 milyon avro investisiya edib.
Crossmedia.az xəbər verir ki, “Sic Noticias” bu barədə məlumat yayıb.
Futbolçunun yeni biznes layihəsində tərəfdaşı eyni məbləğdə sərmayə yatıran Grupo Ouhterinho şirkəti olacaq. Mineral suyun Portuqaliyanın Braqansa bələdiyyəsində çıxarılması nəzərdə tutulur.
Zavodun tikintisinin başa çatdırılması və brendin bazara çıxarılması 2027-ci ilin sonuna planlaşdırılır.
Qeyd edək ki, 41 yaşlı Ronaldo daha əvvəl də su biznesinə sərmayə qoyub. O, 2023-cü ilin yayında Madriddə təqdim olunan Ursu9 su brendinin ortaq sahibi olub.
13:15 17.10.2026
Oxunuş sayı: 54