İran rəqiblərinə xəbərdarlıq edib
İran parlamentinin sədri Məhəmməd-Baqir Qalibaf ölkəsinin növbəti münaqişə mərhələlərində rəqiblərindən həm say, həm də keyfiyyət baxımından daha güclü olacağını iddia edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qalibafın sözlərinə görə, İran son 15 ayda hərbi sahədə təxminən onillik inkişaf səviyyəsinə bərabər irəliləyiş əldə edib. O, ölkənin silahlı qüvvələrinin hücum və müdafiə potensialının sürətlə bərpa edilərək gücləndirildiyini bildirib.
Parlament sədri bu nəticəni yerli texnologiyaların inkişafı və gənc mütəxəssislərin fəaliyyəti ilə əlaqələndirib. Qalibaf İranın hərbi imkanlarını rəqiblərindən daha yüksək səviyyədə bərpa etdiyini də vurğulayıb.
20:02 01.09.2026
Oxunuş sayı: 54