Tehran regional təhlükəsizlik üçün yeni mərkəz təklif edib
İran Prezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin dövlət başçıları zirvə görüşündə iki yeni təşəbbüs irəli sürüb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Pezeşkian terrorizm və yeni təhlükəsizlik təhdidlərinə qarşı mübarizəni gücləndirmək üçün Təhlükəsizlik Araşdırmaları üzrə Strateji Mərkəzin yaradılmasını təklif edib. Onun sözlərinə görə, bu mərkəz üzv ölkələrin elmi və ekspert potensialından istifadə etməklə yeni risklərin müəyyənləşdirilməsinə və regional təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edə bilər.
İran prezidentinin ikinci təşəbbüsü ŞƏT-ə üzv dövlətlərin Parlament Assambleyasının yaradılması ilə bağlı olub. Pezeşkian bildirib ki, bu struktur parlamentlərarası dialoqu, qanunvericilik təcrübələrinin mübadiləsini və üzv ölkələr arasındakı əməkdaşlığı gücləndirə bilər.
22:01 01.09.2026
Oxunuş sayı: 43