Zaxarova Moskvanın Almaniyaya cavab verəcəyini açıqlayıb
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniyanın Berlindəki Rus Evinin və Bonndakı Rusiya Baş Konsulluğunun bağlanması ilə bağlı qərarına layiqli cavab veriləcəyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zaxarovanın sözlərinə görə, Berlin Moskva ilə münasibətləri gərginləşdirmək yolunu seçib və bu qərar üçün əsassız bəhanələr gətirib. O, Rus Evi və Bonndakı Baş Konsulluğun Almaniya hakimiyyətinin uzun müddətdir hədəfində olduğunu iddia edib.
Diplomat əlavə edib ki, Moskva Almaniyanın bütün anti-Rusiya qərarlarına cavab verəcək.
22:38 01.09.2026
Oxunuş sayı: 46