Ukrayna limanlarının fəaliyyəti bloklanıb
Rusiya zərbələri Ukraynanın Qara dənizdəki dəniz limanlarının fəaliyyətini faktiki olaraq bloklayıb.
Crossmedia.az xəbər verir ki, ˝Reuters˝-in məlumatına görə, daha əvvəl ölkənin ixracının təxminən 90 faizi məhz bu limanlardan həyata keçirilirdi.
Hücumlar Kiyevi yük axınlarını daha az buraxılış qabiliyyətinə malik Dunay çay limanlarına, həmçinin qərb sərhədindəki dəmir yolu keçidlərinə yönləndirməyə məcbur edib.
20:08 01.09.2026
Oxunuş sayı: 61