Zelenski Ukraynanın neytrallığı ilə bağlı müzakirələrə qarşı çıxdı
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin neytral status almasının və Ukrayna ordusuna məhdudiyyətlər qoyulmasının müzakirə edilə bilməyəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə açıqlamasında deyib.
“Biz dövlətimizin neytrallığından danışa bilmərik. Ukrayna ordusunun məhdudlaşdırılmasından da söhbət gedə bilməz. Ordumuza məhdudiyyətlərin qoyulması və Ukraynanın neytrallığı müzakirə mövzusu deyil”, – deyə Zelenski vurğulayıb.
13:39 26.10.2026
Oxunuş sayı: 48