Hörmüz boğazı iki ilə əhəmiyyətini itirə bilər
ABŞ maliyyə naziri Skott Bessent iki il ərzində Hörmüz boğazının enerji nəqliyyatı baxımından əhəmiyyətini böyük ölçüdə itirə biləcəyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bessentin sözlərinə görə, İran Hörmüz boğazından strateji dar boğaz kimi istifadə etməyə çalışır. O, bu marşrutun ABŞ üçün kritik olmadığını, lakin bir çox digər ölkə üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.
ABŞ maliyyə naziri bildirib ki, gələcəkdə neftin quru ərazidən çəkilən boru kəmərləri vasitəsilə daşınması Hörmüz boğazından asılılığı azalda bilər.
23:02 01.09.2026
Oxunuş sayı: 43