Kir Starmer parlamentdən gedir
Böyük Britaniyanın keçmiş baş naziri və Leyboristlər Partiyasının sabiq lideri Kir Starmer London seçki dairəsindən parlament deputatı vəzifəsindən də istefa verəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Kir Starmer bu barədə yerli qəzetdə dərc olunan bəyanatında məlumat verib.
Starmer parlamentdə seçiciləri 11 il təmsil etməyin onun üçün şərəf olduğunu bildirib. O, bundan sonra diqqətini digər məsələlərə yönəltmək niyyətində olduğunu qeyd edib.
Keçmiş baş nazir gələcək prioritetləri sırasında müdafiə, təhlükəsizlik, ticarət və sürətlə dəyişən dünyada texnologiyalar da daxil olmaqla beynəlxalq məsələləri göstərib.
Starmer konkret olaraq hansı fəaliyyətlə məşğul olacağını və hansı vəzifəni tutacağını açıqlamayıb.
17:56 01.09.2026
Oxunuş sayı: 52