BDU məzunlarının MİQ imtahanlarında uğur göstəricisi artıb
Bakı Dövlət Universitetinin (BDU) məzunlarının müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində uğur göstəriciləri ildən-ilə yaxşılaşır.
Crossmedia.az məlumat verir ki, ötən ildə MİQ müsabiqəsində iştirak edən 54 min 43 namizədin 2729 nəfərini (5 faiz) BDU məzunları təşkil edib. Onlardan 1480 nəfəri uğurlu nəticə göstərib.
2026-cı ildə isə MİQ müsabiqəsində iştirak edənlərin ümumi sayı 32 min 171 nəfər, BDU məzunlarının sayı isə 3804 nəfər olub. Bu, ümumi iştirakçılar arasında BDU məzunlarının payının 5 faizdən 11,8 faizə yüksəlməsi deməkdir. Builki müsabiqədə 3 804 iştirakçıdan 2 592 nəfər uğurlu nəticə göstərib.
16:50 01.09.2026
Oxunuş sayı: 42