Sidneydə Türkiyənin Zəfər Bayramı qeyd olunub
Avstraliyanın Sidney şəhərində 30 Avqust – Türkiyənin Zəfər Bayramı münasibətilə rəsmi tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir Türkiyə Oz Təşkilatının təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri Mikayıl Oyta və GADTB-nin İnsan Haqları Departamentinin sədri Sara Azarsun rəsmi dəvətlə iştirak ediblər.
Tədbirə Türkiyənin Sidney şəhərindəki baş konsulu Bilgin Aygünəş, diplomatlar, Avstraliyanın dövlət nümayəndələri, ordu polkovniki Denis More, eləcə də 16 müxtəlif millətin dərnək rəhbərləri və nümayəndələri qatılıblar.
Proqram çərçivəsində Mikayıl Oyta Mustafa Kamal Atatürkün heykəlinə əklil qoyaraq onun xatirəsini ehtiramla yad edib.
Daha sonra Mikayıl Oyta 30 Avqust – Zəfər Bayramı münasibətilə çıxış edib. İngilis dilində çıxış edən Oyta 30 avqust 1922-ci ildə həlak olan şəhidlərin xatirəsini ehtiramla yad edib.
Çıxış zamanı 30 Avqust Zəfər Bayramının yalnız Türkiyənin deyil, bütün Türk dünyasının və türk xalqlarının bayramı və qələbəsi olduğu vurğulanıb. Azərbaycan xalqına xüsusi ehtiram ifadə edilərək, bu günün dünyada yaşayan azərbaycanlılar üçün də qürur və Zəfər günü olduğu bildirilib.
13:35 31.08.2026
Oxunuş sayı: 57