Ərdoğan Netanyahunu Hitlerlə müqayisə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Benyamin Netanyahunun siyasətini Adolf Hitlerin və Pol Potun həyata keçirdiyi kütləvi qırğınlarla müqayisə edib.
Crossmedia.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan bu barədə açıqlama verib.
Ərdoğan bildirib ki, Hitlerin yaratdığı həbs düşərgələrində və Pol Potun qətl meydançalarında müxtəlif təbəqələrə və dinlərə mənsub milyonlarla insan soyqırımına məruz qalıb.
O qeyd edib ki, həmin dövrdə beynəlxalq ictimaiyyət baş verənləri izləməklə kifayətlənib və bu gün oxşar səhvin Qəzza, Qərb Sahili və Livanda təkrarlandığını deyib.
Türkiyə Prezidenti dünya ictimaiyyətini qayda, qanun, prinsip və dəyərlərə məhəl qoymamaqda ittiham etdiyi siyasətə qarşı lazımi reaksiya verməməkdə tənqid edib.
Ərdoğan həmçinin beynəlxalq qurumların və dünya ictimaiyyətinin kütləvi qırğınların qarşısının alınması üçün kifayət qədər iradə nümayiş etdirmədiyini bildirib.
14:45 29.08.2026
Oxunuş sayı: 53