Hökmdar və Şeyx
Yunus Oğuz
Bir gün hülakilərdən Əmir Çoban qərara alır ki, bəs gedim Ərdəbilə Şeyx Səfinin oğlu Şeyx Sədrəddinə baş çəkim. Ərdəbilə çatana qədər görür ki, hər yer şeyxin müridləri ilə doludur. Uzun sözün qısası, üç gün onlar elmdən,irfan şeirlərdən söhbət edirlər. Ayrılanda Əmir Çoban soruşur:
-Ya Şeyx,sənin müridlərin çoxdur,ya mənim əsgərlərim?
Şeyx tərəddüd etmədən cavab verir:
-Sənin əsgərlərin də mənim müridlərimdir.
Əmir Çoban bu cavabdan əhvalını pozmur. Bilir ki, şeyx siyasətə qarışmır. Odur ki:
-Düz deyirsən, elə mən də sənin müridinəm- deyib Təbrizə qayıdır.
19:12 28.08.2026
Oxunuş sayı: 37