İsraildə 1 milyon nəfərlik məskunlaşma planı təqdim edilib
İsrailin maliyyə naziri Betsalel Smotriç Negev və Qalileya bölgələrində əlavə 1 milyon yəhudi sakinin yerləşdirilməsini nəzərdə tutan plan təqdim edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Plana 40 yeni yaşayış məntəqəsinin yaradılması, onlarla təsərrüfatın salınması və torpaq siyasətində dəyişikliklərin edilməsi daxildir. Tədbirlərin İsraildə oktyabrın 27-də keçiriləcək seçkilər ərəfəsində həyata keçirilməsi planlaşdırılır.
Smotriç bildirib ki, məqsəd işğal altındakı İordan çayının qərb sahilində həyata keçirilən məskunlaşma inqilabını İsrailin Negev və Qalileya bölgələrinə tətbiq etməkdir.
20:35 28.08.2026
Oxunuş sayı: 43