Lavrov: Rusiyanın müharibədə yeganə müttəfiqi KXDR-dir
Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynadakı müharibədə ölkəsinin səngərlərdə yanında olan yeganə hərbçilərin Şimali Koreya hərbçiləri olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Lavrov bu barədə açıqlama verib.
O qeyd edib ki, bir çoxları Ukraynadakı müharibəni dünya müharibəsi kimi qiymətləndirir. Lavrovun sözlərinə görə, Rusiya ilə birlikdə səngərlərdə olan yeganə xarici hərbçilər Şimali Koreyadan olan hərbçilərdir.
“Qalanların hamısı qarşı tərəfdədir”, – Lavrov bildirib.
13:20 28.08.2026
Oxunuş sayı: 43