Qazaxıstanda yeni parlament fəaliyyətə başlayıb
Qazaxıstanın yeni birpalatalı parlamenti olan Qurultayın ilk çağırışının ilk sessiyası açılıb.
Crossmedia.az xəbər verir ki, “KazTAG” bu barədə məlumat yayıb.
Sessiya Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müvafiq qərarından sonra keçirilir. Yeni parlament 145 deputatdan ibarətdir və ölkənin yeni Konstitusiyası əsasında yaradılıb.
Qeyd edək ki, Qazaxıstanda parlament seçkiləri avqustun 23-də keçirilib. Bu seçki ölkənin iki palatalı parlamentdən birpalatalı qanunverici orqana keçidini rəsmiləşdirib.
10:47 28.08.2026
Oxunuş sayı: 56