Valideynlərə ŞAD XƏBƏR – məktəb formalarının qiyməti endirildi
Məktəb formalarının qiymətləri endirilib.
Crossmedia.az xəbər verir ki, “Bakı Tikiş Evi” bu barədə məlumat yayıb.
Məlumata görə, şalvar və ətəklər 15 manata, jaketlər 20-22 manata, qısaqol köynək və pololar 12 manata satılır. Uzunqol modellərin qiyməti isə 14 manatdır.
Bildirilib ki, məktəb formaları 100 faiz pambıq parçadan hazırlanır və məhsullara 1 il zəmanət verilir.
Məktəb mövsümü ərəfəsində satış mərkəzləri ayın 15-dək həftənin bütün günləri fəaliyyət göstərəcək.
16:46 27.08.2026
Oxunuş sayı: 64