Özbəkistanın Birinci xanımı Mehriban Əliyevaya zəng edib
Avqustun 26-da Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəng edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Ziroatxon Mirziyoyeva Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edərək, səmimi arzularını çatdırıb.
O, bir neçə gün əvvəl Azərbaycanın Birinci vitse-prezidenti ilə Özbəkistanda görüşlərini ən xoş təəssüratlarla xatırlayıb.
Ziroatxon Mirziyoyeva Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin, nəcib təşəbbüslərinin yalnız Azərbaycanda deyil, bütün dünyada böyük rəğbət qazandığını vurğulayıb.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva göstərilən diqqətə və təbriklərə görə Ziroatxon Mirziyoyevaya təşəkkür edib.
Birinci vitse-prezident Mehriban Əliyeva da öz növbəsində Özbəkistana səfərini məmnunluqla xatırlayaraq, göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirib.
17:42 26.08.2026
Oxunuş sayı: 42