Bill Geyts Si Cinpinlə süni intellektin təhlükələrini müzakirə edəcək
“Microsoft”un həmtəsisçisi Bill Geyts noyabr ayında Çinin Sədri Si Cinpinlə görüşərək süni intellektlə bağlı riskləri müzakirə etməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Geyts ölkələrin süni intellektin molekullar yaratmaq və bioloji hücumlar həyata keçirmək imkanlarına nəzarət etməli olduğunu bildirib.
Onun sözlərinə görə, ABŞ bu istiqamətdə ilk addımı atarsa, Çin potensial təhlükəli süni intellekt modellərinin hazırlanmasının məhdudlaşdırılmasına razılaşa bilər.
Geyts həmçinin süni intellektin tənzimlənməsi üçün beynəlxalq təşkilatın yaradılmasını təklif edib. O, texnologiyanın inkişafında əsas prioritetlərin bərabərsizliyin və həssas qruplar üçün təhlükələrin qarşısının alınması olduğunu vurğulayıb.
16:59 26.08.2026
Oxunuş sayı: 39