Bill Qeyts: Texnologiya şirkətləri süni intellekt təhlükəsini bilərəkdən kiçildirlər
Microsoft-un həmtəsisçisi Bill Qeyts texnologiya şirkətlərinin süni intellektin yaratdığı təhlükəni ictimaiyyət qarşısında bilərəkdən kiçik göstərdiyini düşünür.
Crossmedia.az xəbər verir ki, Bill Qeyts bu barədə açıqlama verib.
O bildirib ki, süni intellektin imkanlarını yaxşı anlayan insanlar şəxsi söhbətlər zamanı texnologiyanın sürətlə inkişaf etməsindən ciddi narahatlıqlarını ifadə edirlər.
“Şəxsi söhbətlərdə onun nə qədər güclü olduğunu və getdikcə daha da yaxşılaşdığını anlayan insanlar ciddi narahatlıq nümayiş etdirirlər”, – Qeyts deyib.
16:48 26.08.2026
Oxunuş sayı: 42