İtaliya və Fransa Ukraynaya “Samp-T” HHM sistemi verəcək
İtaliya və Fransa Ukraynaya dörd “Samp-T” hava hücumundan müdafiə sistemi tədarük etmək və Kiyevə “Aster 30” raketlərinin istehsalına icazə vermək barədə razılığa gəlib.
Crossmedia.az xəbər verir ki, “La Repubblica” bu barədə məlumat yayıb.
Məlumata görə, oktyabrda təsdiqlənməsi gözlənilən İtaliyanın Ukraynaya 13-cü hərbi yardım paketinə İtaliya arsenalından “Aster 30” raketləri, “Kronos” radarları və İtaliyada istehsal olunan “Samp-T” komponentləri də daxil ediləcək.
Yeni sistemlərin gələn ilin əvvəlinə qədər Ukraynaya çatdırılması planlaşdırılır.
Qəzetin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin hazırda iki “Samp-T” sistemi var. Lakin milli arsenallarda sursat ehtiyatlarının tükənməsi səbəbindən bu sistemlər üçün raketlər 2025-ci ilin yayından etibarən tədarük edilməyib.
16:45 26.08.2026
Oxunuş sayı: 44