Rusiya Kiyevdən cavab tələb edir
Rusiya Xarici İşlər Nazirliyi (XİN) beynəlxalq qurumları Kiyevdən itkin düşmüş din xadimləri barədə məlumat tələb etməyə çağırıb.
Crossmedia.az ˝TASS˝a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in dini etiqad azadlığının təmin olunması sahəsində beynəlxalq əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Melex bildirib.
O, qeyd edib ki, Kiyev BMT-nin Ukrayna Pravoslav Kilsəsinə qarşı təqiblərlə bağlı hesabatlarını nəzərə almır. Melexin sözlərinə görə, müxtəlif beynəlxalq qurumların reaksiyaları da nəzərəçarpacaq nəticə vermir.
18:55 25.08.2026
Oxunuş sayı: 49